Nazirlik barışıb: Ölkədə internetin keyfiyyəti ilə bağlı problem artıq adiləşib
08:40 16.11.2017
Arxiv
451
Dövlət provayderlərinin internet bazarında hökmran mövqeyi, özəl provayderlərə tətbiq olunan qeyri- qanuni tariflər və infrastruktur problemləri də bazarda vəziyyəti normallaşdırmağa mane olur
Son günlərdə Azərbaycanda internetdə ciddi problemlər yaranıb. Demək olar ki, bütün ölkə üzrə internet istifadəçiləri internetin sürətinin zəifləməsi və keyfiyyətinin pisləşməsindən şikayət edirlər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə "Şərq”ə açıqlamasında Azərbaycanda internet infrastrukturunun tənzimlənməsi ilə bağlı məsələlərə diqqətin yetəri səviyyədə olmadığını deyib. Onun sözlərinə görə, bu sahədə tənzimləmə səlahiyyətinə sahib olan müvafiq qurumun fəaliyyəti yetərli deyil.
Ölkənin internet bazarında özəl provayderlərlə yanaşı, dövlət provayderlərinin olduğunu vurğulayan O.Gündüzün sözlərinə görə, pərakəndə satış bazarının 50 faizə qədərini məhz dövlət provayderləri tutduğu üçün təsir imkanları güclüdür. Əsas problem də məhz buradan qaynaqlanır ki, dövlət provayderləri bazara diktə edir. Özəl provayderlər isə istənilən halda onlarla hesablaşmalı olurlar.
İnternetin keyfiyyəti ilə bağlı problemin artıq adiləşdiyini deyən O.Gündüz hesab edir ki, Nəqliyyat Rabitə Yüksək Texnologiyaları Nazirliyi (NRYTN) mövcud vəziyyətlə barışıb. Yuxarıda da qeyd etdiyim kimi, dövlət provayderlərinin internet bazarında hökmran mövqeyi, özəl provayderlərə tətbiq olunan qeyri-qanuni tariflər və infrastruktur problemləri də bazarda vəziyyəti normallaşdırmağa mane olur.
AİF prezidentinin sözlərinə görə, internetin keyfiyyətinin çox aşağı olmasının bir səbəbi də hər iki provayderin "çəkidə aldatması” ilə bağlıdır: "Hazırda ölkədə iki topdansatış provayderi var. 30-40 yaxın provayder "Delta” Telecom və "Aztelecom”dan internet alıb, vətəndaşlara satır. Onların fəaliyyəti üzərində heç bir nəzarət olmadığı üçün onlar interneti az alıb, çox adama satırlar. Bu nəzarət mexanizmini isə NRYTN ilə yanaşı, İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin səlahiyyətindədir.
Mövcud problemi aradan qaldırmaq üçün bazarda özəl şəbəkələrin imkanları genişləndirilməlidir ki, əhalinin seçim imkanı olsun.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internetin keyfiyyəti və rahat istifadəsi ilə bağlı monitorinq aparmalı və bu istiqamətdə mütləq tədbirlər həyata keçirməlidir. Düşünürəm ki, yeganə çıxış yolu bəzi ölkələrdəki kimi bizdə də sərt qanunvericilik addımlarının atılmasındadır. Belə ki, qanunvericiliklə provayderlərin üzərinə son istifadəçiyə çatdırmalı olduğu minimal sürət həddi ilə bağlı öhdəliklərin qoyulması məqsədəuyğun olardı.
Yəni, əgər abunəçi ilə müqavilədə hansısa X Mb/s sürət nəzərdə tutulubsa və müştəri bu sürətə görə ödəniş edibsə, onda provayder öhdəlik götürməlidir ki, bunun, ən azı, hansı hissəsi istifadəçiyə mütləq çatdırmalıdır. Əgər çatdıra bilməyəcəksə, bu haqda qabaqcadan müştəri xəbərdar edilməlidir. Məhz bu minimal hissə ilə bağlı NRYTN, İqtisadiyyat Nazirliyi, provayderlər, o cümlədən, bakbone provayderlərin və ekspertlərin də iştirakı ilə müzakirələr aparılmalı və normativ aktın layihəsi hazırlanmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət