Nəhəng gəmi dənizə çıxdı

8 min sərnişin tutan gəmidə 16 körpü var
Dünyanın ən böyük sərnişin gəmilərindən olan "Harmony of the Seas” ilk sınaq səfərinə çıxıb.
Franca şirkəti tərəfindən tikilən 362 metr uzunluğunda, 66 metr enliyindəki gəmi, manevr qabiliyyəti və təhlükəsizlik sistemlərini sınamaq məqsədiylə üç gün dənizdə qalacaq. 8 min sərnişin tutumuna malik gəmidə 2 mindən çox personal çalışacaq. Dünyanın ən böyük reys gəmilərindən "Harmony of the Seas”ın 12 mayda ilk ticari səfərini etmək üzrə Aralıq dənizinə açılması planlaşdırılır. İçində üzmə hovuzları, oyun salonları olan, sərnişin gəmisinə minmək istəyənlər, seçdikləri kameranın rahatlığına görə 400- 1200 avro civarındı bir ödəniş ödəmək məcburiyyətində qalacaq. Amerikanın "Royal Carribiean” şirkəti tərəfindən satın alınan 70 metr hündürlüyündəki nəhəng gəmidə 16 körpü var.