"Niyə Ermənistan vətəndaşı Azərbaycan ərazisində xidmət keçir?” - Məmmədyarov erməni jurnalisti yerində oturtdu
08:05 05.04.2019
Arxiv
553
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında iştirak etmiş xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya uçarkən təyyarədə ayaqüstü erməni jurnalistlərinin suallarını cavablandırıb.
ONA-nın məlumatına görə, jurnalist "Niyə siz sülh barədə danışırsınız lakin fəaliyyətiniz əksini göstərir,” sualına belə cavab verib: "Cavab çox sadədir. Mənim ölkəmin ərazisi erməni əsgərləri tərəfindən işğal olunub. Niyə Ermənistan vətəndaşı Azərbaycan ərazisində xidmət keçir?”
Erməni jurnalist daha sonra Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu iddia edib.
"Bəs, niyə oranın adı Qarabağdır? Bu, Azərbaycan sözüdür”,- deyə nazir cavab verib və bu sözün rus dilində "Черный сад” olduğunu açıqlayıb.
Elmar Məmmədyarov həmçinin digər jurnalistin 2016-cı il aprel döyüşləri barədə sualını cavablandırıb.
"Bu, bir daha göstərdi ki, sülh bu regiona hələ gəlməyib. Ona görə də biz həmişə deyirik ki, ordular geri çəkilməlidir. Bu, sülh yolu ilə həllə nail olmağın yeganə yoludur. Sülh yolu ilə nizamlanmanın yeganə problemi hərbiçilərdir. Konkret bu halda Ermənistan ordusunun Azərbaycanda ərazisindən geri çəkilməsi tamamilə fərqli mühit yarada bilər. Bu, hər iki xalqa sülh şəraitində yaşamaq imkanı yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual