Nuşirəvan Məhərrəmli : “Yurd TV-dən bizə hər hansı müraciət edilməyib"
12:47 22.04.2014
Arxiv
629
"Azərbaycanda internet televiziyalarına kabel şəbəkəsində də yayım üçün lisenziya verilməyəcək”.
Bunu Publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, əgər hər hansı internet televiziyası kabel şəbəkəsində yayımlanarsa, o zaman o telekanal internet yayımdan çıxır və onun fəaliyyət dairəsi daha da genişlənir və kabel televiziyaları statusuna uyğun olur.
N.Məhərrəmli deyib ki, əgər hər hansı internet televiziyası kabel şəbəkəsində yayımlansa, o zaman onun da fəaliyyəti tənzimlənəcək: "Bunun üçün də həmin internet televiziyası lisenziya alıb kabel yayımına keçməlidir. Bu məsələ ilə bağlı isə əvvəllər şifahi şəkildə müraciətlər olsa da, ancaq indi belə müraciətlər yoxdur. Hər kəs öz bildiyi kimi istədiyi vaxt kabel televiziyasında yayımlana bilməz. Belə olduğu təqdirdə televiziya kanallarının sayı çox olar. Bu məsələ müvafiq formada həyata keçirilir. Kim kabel şəbəkəsində yayımlanmaq istəyirsə, o zaman müvafiq müraciətlər edir və o məsələyə baxılır, daha sonra müvafiq qərar qəbul olunur”.
N.Məhərrəmli bu yaxınlarda fəaliyyəti dayandırılmış Yurd televiziyasının yayımının bərpa edilməsi ilə bağlı MTRŞ-ya müvafiq müraciət edilib-edilməməsi məsələsinə də toxunub: "Yurd TV-dən bizə hər hansı müraciət edilməyib. Ona görə də bu barədə məlumatsızam”.
MTRŞ sədri qeyd edib ki, indi Azərbaycanda telekanalların sayı kifayət qədərdir: "Bu, isə Azərbaycanın ərazi böyüklüyünə görə qənaətbəxşdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət