Obama: Rusiyanın hərbi gücü superdir





Almaniya baş naziri Angela Merkellə birlikdə ortaq bir mətbuat konfransı keçirən Barak Obama, "Rusiya, əhəmiyyətli bir ölkədir, hərbi gücü superdir. Bölgədə və dünyanın daxilində təsiri var" deyib.

Obama, ABŞ-ın dünyadakı ana problemlərin həlli yolunda Rusiyayla birlikdə işə istəkli olduğunu ifadə edib. 
Digər yandan, ABŞ-ın 45-ci dövlət başçısı seçilən Donald Trampın "Rusiyaya qarşı dik dayanmasına" ümid etdiyini ifadə edən Obama, "Ümidim, seçilmiş prezidentin  bənzər bir quruluşçu yanaşma izləməsini, dəyərlərimizə və mənfəətlərimizə uyğun gələcək nöqtələrdə Rusiyayla əməkdaşlıq ediləcək sahələrin tapılmasına ümid edirəm" deyə danışıb. "Sputnik Türkiyə"də yer alan xəbərə görə, ABŞ lideri, "Dünyadakı böyük problemləri həll etmək üçün, Rusiya ilə birlikdə işləmək bizim faydamızadır" ifadələrindən istifadə edib.