Obamanın vidası zamanı əsgər yerə yıxıldı, kimsə kömək etmədi

 
 Prezidentlik vəzifəsini 21 yanvarda Donald Trampa təhvil verəcək Barak Obama ABŞ ordusuna vida nitqi söyləyib. Ancaq mərasimdə çox üzüntülü bir hadisə yaşanıb. Əsgərlərdən biri yerə yıxılıb.
Türkiyə mediası xəbər verir ki, Obamanı mərasim zamanı köməkçisi Joe Bayden, Baş qərargah başçısı Cozef Dunford və ABŞ müdafiə naziri Eşton Karter müşayət edib. Ancaq mərasimə Obamanın vida nitqi zamanı əsgərlərdən birinin yıxılması damğa vurub. Yerə yıxılıb qalan əsgərə kimsə kömək etməyib. Ətrafdakıların heç bir şey olmamış kimi davranılması böyük reaksiyalara səbəb olub. Əsgərin nədən xəstələndiyi və ya daha sonra nələr yaşandığı isə bilinmir.