Fevralın 23-də Odessa Azərbaycanlıları konqres rəhbər və üzvləri Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirib.
"Sherg.az"ın xəbərinə görə, tədbiri giriş sözü ilə Fazil Əsgərov açaraq Xocalı soyqırımı barədə qısa məlumat verdi.

Sonra dövlət himnimiz oxundu. Tədbirdə müxtəlif ölkələrin diaspora təşkilatları, alim və ziyalılar iştirak edirdilər. İştirakçılar barədə məlumatı Zaur Səfər çatdıraraq, onlara minnətdarlığını bildirib. Sonra konqresin mətbuat şöbəsinin rəisi Famil Nəbiyev çıxış edib. O öz çıxışında bildirdi ki, bəşəriyyətin ən böyük faciəsi barədə 15-dən çox məqalə yazıb.
Xalqına qarşı son əsrdə iki dəfə soyqırım və sürgünlər həyata keçirildiyini qeyd edən F.Nəbiyev Xocalıda baş verənləri erməni vandalizmi adlandırıb. Konqresin matəm tədbirində iştirak edən digər diaspora rəhbərləri də çıxış ediblər. Sonda Odessa Azərbaycanlıları Konqresinin sədri Namiq Talıbov çıxış edərək öz fikirlərini çatdırıb.