Oğurluq etmək istədi - cərəyan vurub öldürdü - Tovuzda





İyunun 17-də Tovuz rayon sakini Vüqar Niyazov dəmir yolu stansiyasının ərazisindən elektrik xəttini kəsib oğurlamağa cəhd göstərərkən elektrik cərəyanı vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticəsində xəsarət alan şəxs ölüb.
Faktla bağlı raşdırma aparılır.