“Ölkə rəhbərliyi hər zaman gənclərə qayğı göstərir” – Azər Həsrət




"Cənab Prezident bütün dövrlərdə ölkənin gənclər siyasətinin önündə gedib. O, özü şəxsən gənclərə örnək olub, onlarla bir sırada addımlayıb”. Bu sözləri siyasi şərhçi Azər Həsrət deyib.

A.Həsrətin sözlərinə görə, məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində hələ Ulu Öndər Heydər Əliyevin başlatdığı strateji gənclər siyasəti öz bəhrələrini verməkdədir:

"Bu gün Azərbaycan gəncləri dünyanın hər tərəfində xalqımızın səsinə çevrilib. İdman, təhsil, elm, istehsalat sahələrində gənclərimiz hər gün yeni uğurlar qazanır, bizim başımızı uca edirlər. Prezident İlham Əliyev isə durmadan onları təşviq edir, diqqətini bir an da olsun üzərlərindən əskik etmir. Ona görə də Azərbaycan gəncləri milli və vətənpərvər ruhda böyüyür, yetişir”.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə Prezident İlham Əliyev gənclərlə görüş keçirib və onlara öz tövsiyələrini verib.

Şəymən