Ombudsman türkiyəli psixoloqlarla görüşüb
16:18 15.03.2021
Arxiv
461
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasından ölkəmizə dəvət olunmuş bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt mütəxəssislərlə görüş keçirib.
Ombudsman Aparatının Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin mütəxəssislər 44 günlük Vətən Müharibəsi və erməni terroru nəticəsində fiziki və mənəvi zərər çəkmiş hərbi qulluqçularımız və onların ailələrinə psixoloji yardım göstərilməsi məqsədi ilə Azərbaycana səfərə gəliblər.
Görüş zamanı Ombudsman Səbinə Əliyeva bu məqsədlə ölkəmizə səfər etdiklərinə və dəvətini qəbul edərək Ombudsman Aparatında görüşdə iştirak etdiklərinə görə Türkiyəli mütəxəssislərə təşəkkürünü bildirib.
Həkim-psixoloqlar dəvətə və göstərilən diqqətə görə Ombudsmana minnətdarlıq ediblər. Qeyd olunub ki, Vətən müharibəsi dövründə qardaş ölkənin xalqımıza olan mənəvi dəstəyi Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəm olmasının daha bir sübutudur.
Habelə görüşdə iştirak edən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən uşaq, qadın və yaşlılar da daxil olmaqla qətlə yetirilmiş azərbaycanlı mülki şəxslər, o cümlədən ziyan dəymiş mülki obyektlər barəsində məlumatlandırılıb.
Yekun olaraq, Ombudsman tərəfindən qonaqlara təsisatın loqosu əks olunmuş xatirə hədiyyələri və sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə