Ombudsmanla bağlı qanunda dəyişiklik edildi





Parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanuna dəyişiklik müzakirə edilib. 

"Sherg.az"ın xəbərinə görə, dəyişikliklə qanun layihəsinin 16.7-ci maddəsi, Ombudsmanın sosial, maliyyə və digər təminatları yeni redaksiyada veriləcək:

16.7. Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.

Hazırda isə 16.7. maddəsi belədir: Vaxtından asılı olmayaraq Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində pensiya alır.

Qeyd edək ki, hazırda Ombudsman Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatsa da yeni Müvəkkil seçilməyib. Süleymanova hələ ki fəaliyyətini davam etdirir.

Anar