Onlar əzbərçi olmadıqları üçün sualları cavablandıra bilməyiblər
09:36 25.08.2017
Arxiv
1191
“İnandırım sizi ki, 0-100 bal arası nəticə yığan uşaqlarla söhbət aparılsa, onların içərisində səlist nitqə, geniş dünyagörüşünə sahib olan o qədər abituriyent tapmaq olar ki”
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il 0-100 bal arası nəticə göstərən abituriyentlərin sayında xeyli artım müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, ötən il 0-100 bal arası nəticə göstərənlərin sayı 11 030, bu il isə 11 999 nəfər olub.
Mütəxəssislər isə hesab edir ki, ali məktəbə qəbul imtahanlarında abituriyentlərin böyük bir qisminin zəif nəticə göstərməsi təhsildə keyfiyyətin aşağı düşməsi ilə yox, test suallarının qəliz olması ilə əlaqədardır.
Təhsil sahəsində aparılan islahatların müsbət nəticəsinin bir neçə ildən sonra özünü göstərəcəyini deyən Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət hesab edir ki, bu gün zəif nəticə göstərən abituriyentlərin sayının artması ötən illərdən yığılıb qalan problemlərin nəticəsidir. A.Həsrətin sözlərinə görə, beynəlxalq təcrübədə özünü doğrultmayan qaydaları Azərbaycanda tətbiq etmək müəyyən mənada keçirilən tədbirlərin keyfiyyətinə təsir edir:
"Digər tərəfdən də təcrübəli kadr çatışmazlığı istər-istəməz axsaqlıq yaradır. Təhsil sahəsində həyata keçirilən istənilən islahatların tətbiqinə məlumatlı və bazası olan peşəkarlar cəlb olunmalı, onların potensialından istifadə olunmalıdır”.
Konkret olaraq, 12 min abituriyentin zəif nəticə göstərməsinə gəldikdə isə A.Həsrət deyib ki, bu, həmin şagirdlərin bilik potensialının olmaması ilə bağlı deyil. Deməli, həmin abituriyentlərin bilikləri düzgün qiymətləndirilməyib:
"Əsrlər, illər əvvəl kəşf olunan əşyalar, baş verən hadisələri bilmək təhsil meyarı olmamalıdır. Xarici ölkələrdə şagirdlərə ünvanlanan suallar daha çox müasir bilgiləri əhatə edir. Test sualları arasında abituriyentləri çaşdırmaq üçün salınan dolaşıq suallar da az deyil. Abituriyentlərin savadı hansısa bir nöqtənin, vergülün yerini düzgün müəyyənləşdirməklə ölçülməməlidir.
Abituriyentin səviyyəsini öyrənmək üçün tapmaca xarakterli, çaşdırıcı suallara da ehtiyac yoxdur. Biz onların bilik bazalarını yoxlamalı, dünyagörüş səviyyələrini test etməliyik ki, Azərbaycanda təhsil alan şagirdlər beynəlxalq prinsiplərlə ayaqlaşa bilsin. İnandırım sizi ki, 0-100 bal arası nəticə yığan uşaqlarla söhbət aparılsa, onların içərisində səlist nitqə, geniş dünyagörüşünə sahib olan o qədər abituriyent tapmaq olar ki. Sadəcə onlar əzbərçi olmadıqları üçün bəlli bir çərçivədə hazırlanan test suallarını cavablandıra bilməyiblər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol