“Gələnlər Azərbaycanda xüsusi söhbətdən keçməli və bir müddət nəzarətdə saxlanmalıdır”
Onların terrorla əlaqəsi yoxdur
07:53 23.09.2017
Arxiv
649
İŞİD-ə qoşulmuş əksər azərbaycanlı qadın və uşaqlar qaytarılmalıdır
“Gələnlər Azərbaycanda xüsusi söhbətdən keçməli və bir müddət nəzarətdə saxlanmalıdır”
“Gələnlər Azərbaycanda xüsusi söhbətdən keçməli və bir müddət nəzarətdə saxlanmalıdır”
İraqın paytaxtı Bağdad şəhərində sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların ölkəmizə gətirilməsi istiqamətində iş aparılır. Bu barədə Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. Qafarov bildirib ki, məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib:
"Uşaqların Azərbaycana qaytarılması üçün işləri davam etdiririk. Bəzi çətinliklərimiz var. İşlər yekunlaşdıqda, ictimaiyyətə məlumat veriləcək”. Sığınacağa gətirilən iki yaşlı Xədicə və 3 yaşlı Abdullanın valideynləri onları "İŞİD”in nəzarətində olan ərazilərə aparıblar. Valideynlər öldükdən sonra isə uşaqlar yiyəsiz qalıblar. Xatırladaq ki, İŞİD-ə qoşulan azərbaycanlı terrorçuların ailə üzvlərinin ölkəyə geri dönməsi ilə bağlı ictimaiyyətdə birmənalı fikir yoxdur. Terrorçu ailələrin günahkar və təhlükəli olduğunu iddia edənlərlə yanaşı, qadın və uşaqların məcburiyyətdən Suriyaya getdiyini deyənlər də var.
Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert, keçmiş MTN zabiti İlham İsmayıl deyib ki, İraqda sahibsiz qalmış azərbaycanlı qadın və uşaqların ölkəyə gətirilməsi vacibdir:
"Mosul şəhəri terrorçulardan azad ediləndə əsir alınanlar arasında azərbaycanlı qadın və uşaqların olması faktı ortaya çıxdı. Müvəqqəti işlər üzrə vəkil Ramiz Qafarov məsələnin araşdırılması deyəndə həmin adamların Vətənə gətirilməsinin mümkün olub-olmadığını nəzərdə tutur. Araşdırmalar nəticəsində İŞİD-ə qoşulan azərbaycanlı kişilərin həyat yoldaşlarının terrorla məşğul olması, döyüşlərdə iştirak etməsi müəyyən ediləcək. Şübhəsiz ki, ərinə tabe olaraq Suriya və İraqa getmək məcburiyyətində qalan, orada əzab-əziyyət çəkən, qohum-əqrəba ilə əlaqə saxlaya bilməyən azərbaycanlı qadınlar çoxdur.
Ancaq elə faktlar da var ki, qadın özü Azərbaycandan Suriyaya yollanıb və orada İŞİD-ə qoşulub. Onun əri isə ölkədə qalıb və polisə şikayət edib. Əlbəttə, belə qadınların ölkəyə qaytarılmasından söhbət getmir”.
Ekspert bildirib ki, ərinin israrı və təzyiqi üzərinə ölkəni tərk etməyə məcbur qalan qadın və uşaqlar Azərbaycana geri gətirilməlidir:
"Uşaqların günahı nədir ki? Söhbət yeniyetmə yaşına çatmayan uşaqlardan gedir. Hesab edirəm ki, əksər qadın və uşaqları qaytarmaq lazımdır. Onlar Azərbaycanda xüsusi söhbətdən keçməli və bir müddət nəzarətdə saxlanmalıdır. Əminəm ki, ora gedən qadın və uşaqların 90 faizinin terrorla əlaqəsi yoxdur. Sadəcə olaraq uşaqlar atalarının, qadınlar isə ərlərinin məcburiyyəti qarşısında Vətənlərindən didərgin düşüblər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya