“OPEK heç vaxt dağılma təhlükəsi ilə üz-üzə qalmayacaq” - FOND RƏHBƏRİ

"OPEK heç vaxt dağılma təhlükəsi ilə üz-üzə qalmayacaq”
Bunu "Sherg.az”a Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban İranın neft nazirinin "OPEK dağılmaq təhlükəsi ilə üz-üzə qala bilər” açıqlamasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu, İranın açıqladığı növbəti bir siyasi fikirdir:
"Bunun heç bir iqtisadi əsası yoxdur. İranın belə bir fikir yürütməsinin səbəbi ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalardır. Son vaxtlar ABŞ cənub qonşumuza qarşı kəskin mövqe tutub. Beləliklə də, ABŞ tərəfindən İrana növbəti sanksiyalar tətbiq edilib. 
OPEK ölkələrinin bu sanksiyada İranı dəstəkləməməsi, cənub qonşumuzun belə bir bəyanat verməsinə səbəb olub.  Amma İranın bu yanaşması reallığa söykənmir". 
Qeyd edək ki, İranın neft naziri Bijan Namdar Zanqane bəyan edib ki, Next İxrac Edən Ölkələri Bilrliyinin (OPEC) üzvləri öhdəliklərini yerinə yetirməsə, təşkilatın effektivliyi aşağı düşə, 60 illik tarixə malim qurum dağılmaq təhlükəsi ilə üz-üzə qala bilər. Nazir onu da deyib ki, ötən ay bəzi üzv ölkələr OPEC+ razılaşma çərçivəsində müəyyən olunmuş kvotadan çox neft hasil ediblər.
Kənan Eynuroğlu