Oqtay Əsədov: “AXC-nin və parlamentin 100 illiyidir, xeyli qonaqlarımız olacaq”





Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov gələn il parlamentin görəcəyi işlərdən, keçiriləcək tədbirlərdən xəbər verib.

 Sherg.az bildirir ki, O.Əsədovun sözlərinə görə 2017-ci ildə maliyyə çatışmazlığı ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi baş tutmayıb: 

"Milli Məclisdə televiziyanın analoq sistemindən rəqəmsala keçirilməsi, həm də səsvermə sisteminin dəyişdirilməsi məsələsi 2018-ci il həll ediləcək. 

Çünki 2018-ci ildə AXC-nin, parlamentin 100 illiyidir, xeyli qonaqlarımız olacaq. 2017-ci ildə ezamiyyə xərclərində müəyyən çətinliklər oldu. Buna baxmayaq, biz bütün beynəlxalq təşkilatlarda olan tədbirlərdə iştirak etdik. Bizim tədbirlərimiz çoxdur. İki böyük tədbirimiz isə əsasdır. 250 nəfər parlamentarinin iştirakı ilə böyük tədbir olmalıdır. Əgər Azərbaycan bu tədbirə ev sahibliyin edə bilsə, yaxşı olar. Bu tədbirin keçirilməsi mart-aprel aylarlında nəzərdə tutulur. İkinci böyük tədbirimiz ATƏT xətti ilə İpəkyolu dəstək proqramı üzrə 30 ölkəninin iştirakı ilə keçirilməlidir. Əmək haqları istiqamətində də iş gedir. Gələcəkdə bunun nəticələrini görəcəyik”.