“Ordudakı satqınlara qarşı ciddi tədbirlər görülməlidir” – Polkovnik
13:01 05.04.2019
Arxiv
633
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprel döyüşləri ilə bağlı sensasion açıqlama verib.
General qeyd edib ki, bütün müharibələrdə satqınlardan, vətənini, millətini hansısa öz şəxsi maraqlarına satanlardan istifadə edirlər.
Nazir bildirib ki, bunun da nəticəsi olmayacaq:
"Biz satqınları üzə çıxartdıq. Satqınlar istisna olmaqla, bir nəfər əsgər, bir nəfər zabit, bir nəfər general tərəddüd etmədən döyüşə qalxdı. Hər bir əsgər əmrlə döyüşə qalxdı və hücuma keçdi. Mən özüm hücum başlayanda Lələtəpə istiqamətində idim. Komanda məntəqəm o istiqamətdə idi. Bütün bunları öz gözümlə görmüşəm. Yerimi Talış yüksəkliyi istiqamətində dəyişirdim. Yolda gördüm ki, bizim xeyli sayda cavanlarımız könüllü döyüşə gəlib. Onlara ehtiyacımız olmadı”.
Tarixən döyüşlərdə daxildə və xaricdə satqınların mövcud olduğunu vurğulayan ehtiyatda olan polkovnik Cəlil Xəlilov "Sherg.az”a bildirib ki, bütün dövlətlərdə müharibə zamanı millətinə xəyanət edənlər olur:
"Hələ 2-ci dünya müharibəsində də belə əsgərlər olub. Təbii ki, hüquq mühafizə orqanları bu cür hadisələrdən xəbərdar olmalı və ciddi tədbirlər görməlidir. Belə satqınlar çoxluq təşkil etmir. Lakin öz dövlətini, millətini, ordusunu sevən əsgərlərimiz də çoxdur. Belə igid oğullarımızın qarşısında heç kim tab gətirə bilməz. 1-2 nəfər xəyanətkar varsa, cəzalarını çəkəcəklər. Onlar Azərbaycan ordusunu heç vaxt öz yolundan döndərə bilməyəcəklər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual