Orfoqrafiya Komissiyası yekun iclasa toplaşdı




Bu gün saat 16:00-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Orfoqrafiya Komissiyasının yekun iclası keçiriləcək.

Bu barədə Modern.az-a Milli Məclisin Təhsil komitəsinin sədri, AMAE-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, iclasda müzakirə edilib qəbul olunan yekun müddəalar yaxın günlərdə Nazirlər Kabinetinə göndəriləcək.