"Orxan Zeynalov Azərbaycana qaytarılacaq" - OMBUDSMAN SÖZ VERİB




Orxanla bağlı Ədliyyə Nazirliyinə (ƏN) müraciət etmişik. 10 gün əvvəl nazirlikdən cavab məktubu gəldi ki, məsələ ilə maraqlanırlar və onunla bağlı məlumat veriləcək" 

Bunu Sherg.az Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilən hımyerlimiz Orxan Zeynalovun atası Zahid Zeynalov deyib. 

Onun sözlərinə görə,ƏN-dən o da bildirilib ki, lazımı sənədlər təqdim olunub və Orxanın ekstradiyasi üzrərində iş gedir.

Z. Zeynalov Orxanın səhətinin yaxşı olduğunu da söyləyib:"

Qardaşı ilə əmisi yanına getmişdi. Yaxşıdı hər şey . Görək gətirib çıxara bilirlərmi.? Yəqin ki, gətirəcəklər, özləri söz veriblər ki, gətirəcəklər. Amma vaxtını dəqiq deyə bilmərəm. Ombudsman Elmira Süleymanova da söz verib ki, Orxanı gətirəcəyik".


Qeyd edək ki, Orxan Zeynalov Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

Ayyət