“Ötən 15 ildə siyasi, iqtisadi və hərbi nüfuzumuz daha da yüksəlib" - Deputat
11:04 15.10.2018
Arxiv
724
"Prezident İlham Əliyevin bu 15 il boyunca Azərbaycan xalqı qarşısında ən böyük tarixi nailiyyəti Heydər Əliyev siyasi kursunu ləyaqətlə qoruyub saxlayıb və daha yüksək zirvəyə qaldırmasıdır”
Bunu ”Sherg.az”a Azərbaycanda son 15 ildə görülən işlər haqqında danışarkən millət vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, artıq 2003-cü ildən bu günə kimi Azərbaycana İlham Əliyev rəhbərlik edir:
"Ötən 15 ildə cənab prezidentimiz ölkəmizin siyasi, iqtisadi və hərbi nüfuzunu çox yüksək zirvəyə qaldırıb. Azərbaycanın 155 xarici dövlətin səs verməsi ilə BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prezidentimizin uğurlarının bir cümləlik ifadəsidir. Eyni zamanda bu 15 ildə Azərbaycan dünyanın ən gözəl ölkələrindən birinə çevrilib. Hazırda ölkəmiz siyasi cəhətdən sabit, iqtisadi vəziyyəti ilbəil inkişaf edən bir dövlətdir. Azərbaycan artıq öz iqtisadi modolelini formalaşdırıb. Ölkəmiz Bakı-Tiblisi-Qars, Bakı-Tiblisi-Ərzurum, Bakı-Tiblisi-Ceyhan kimi böyük layihələrin müəllifi olub.
Prezident İlham Əliyevin iqtisadi uğurları regionların sosial iqtisadi inkişafı üçün dövlət proqramı ilə başladı. Qəbul olunan həmin dövlət proqramının birbaşa müəllifi cənab prezidentin özüdür. Onun yüksək səviyyədə icrası ilə bağlı olaraq 3200 məktəb, 650 xəstəxana, 50 idman kompleksi, 12 min kilometr yol, ölkənin 95 faiz qazlaşdırılması, elektrik enerjisi ilə taminatın 100 faiz olması, bütövlükdə ölkə iqtisadiyyatının 3.2 dəfə artması, böyük həcimdə sərmayənin qoyulması və valyuta ehtiyaltalının 23 dəfə artması kimi böyük uğurlar əldə etdik.
Bu sadaladıqlarım sadəcə 15 ildə görülən işlərin çox cuzi hissəsidir. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan ölkələrdən biridir. Bakı-Tiblisi-Qars dəmir yolu açıldıqdan sonra ölkəmiz yaxın gələcəkdə şimal-cənub, qərb-şərq istiqamətinə daşınmalarda tranzit mövqe tutacaq. Atıq son illərdə ölkəmiz "Cənub Qaz Dəhlizi", TANAP, TAP kimi böyük layihələrin təşəbüskarıdır. Ən əsası isə ölkə əhalisi arasında sabitlik, qarşılıqlı hörmət amilləri var.
Cənab prezidentimizin başçılığı ilə hazırda ordumuz dünyanın ən güclü ordusu sırasına daxil olub. Və Azərbaycan xalqı İlham Əliyevin ali baş komandanlığı ilə Lələtəpə zirvəsində öz şanlı tarixini yazdı. Bir neçə dəfə Azərbaycan beynəlxalq oyunların və tədbirlərin ev sahidi oldu. Düşünürəm ki, bundan sonra cənab prezidentimizin başçılığı ilə ölkəmizin naliyyətləri əhəmiyyətli dərəcədə artacaq”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya