Ötən il 15 minə yaxın gənc işlə təmin edilib
12:18 02.02.2019
Arxiv
569
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirlən aktiv məşğuluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin əmək bazarına inteqrasiyasıdır.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, ötən il Xidmətin xətti ilə 51 774 nəfər işlə təmin olunub və onlardan 14 700-nü gənclər təşkil edib.
Xidmət tərəfindən ödənişli ictimai işlərə cəlb edilən 1022 nəfərdən 319-ü, peşə hazırlığı təşkil olunan 2 559 nəfərdən 1270-i gənclər olub. Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası işlərində də gənclər diqqətdə saxlanılır. Ötən il 7267 nəfər özünüməşğulluq proqramına cəlb edilib və onlardan 1026-sı gənclərdir. Onlar proqram çərçivəsində verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradıblar və bu da onların kiçik biznesə çıxışına imkan yaradıb.
Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə köməklik göstərilməsi üçün keçən il əsasən orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 118 138 gəncə peşəyönümü məsləhətləri verilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində isə bu kateqoriyadan olan 355 gənc peşə hazırlığı kursları keçib. Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri də keçirilib.
BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə icra edilən "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi ilk dəfə işaxtaran gənclərin əmək bazarına inteqrasiyasında mühüm rol oynayır. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı rayonunda yaradılmış SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) Təlim Mərkəzlərində 800-ə qədər gənc müasir iş axtarışı bacarıqlarına yiyələnib və onlardan əksəriyyəti bu bacarıqlar hesabına ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region