Ötən il elektron aksesuarların satışı 30 faiz artıb
19:39 06.04.2021
Arxiv
402
2020-ci ilin dördüncü rübündə dünyada 153,5 milyon "ağıllı" saat və digər elektron aksesuar satılıb ki, bu da 2019-cu ilin dördüncü rübündən 27,2 faiz çoxdur. İl ərzində ümumilikdə 444,7 milyon qurğu satılıb. Bu, 2019-cu ili 28,4 faiz üstələyib. Bu barədə "IDC" analitik şirkətinin hesabatında deyilir.
"Sherg.az" ictnews.az-a istinadən bildirir ki, şirkət analitiklərinin sözlərinə görə, pandemiya zamanı istehlakçılar asudə vaxt xərclərini elektronikanın alışına yönəldirlər. Bundan başqa, sağlamlığa yüksək diqqət fitnes-treker və tibbi funksiyalı (temperatur, nəbz və s. ölçən) digər aksesuarlara tələbatı artırıb. Lakin artım bütün bazar seqmentlərində qeydə alınmayıb. Belə ki, bilərziklərin satışı 17,8 faiz azalaraq hazırda ümumi satış həcminin 11,5 faizini təşkil edir. Həmçinin 64,2 faiz qulaqcıqların, 24,1 faiz saatların payına düşür.
"Apple" ən böyük elektron aksesuar istehsalçısı olaraq qalır. "Apple" saatlarının satışı 45,6 faiz, qulaqcıqlarının 22 faiz artıb. "Apple" şirkəti ümumilikdə 55,6 milyon (bazarın 36,2 faizi) qurğu satıb.
İkinci yeri satış həcmində artımı 5 faiz təşkil edən "Xiaomi" tutub. Populyar "Mi Band" qurğularının satışı komponent hissələrin çatışmazlığı səbəbindən 18,3 faiz azalıb. "Samsung" şirkəti üçüncü yerini (bazarın 8,5 faizi) qoruyub. "Huawei" şirkəti isə dördüncü (6,7 faiz) pilləyə enib. Beşinci (3,5 faiz) mövqedə yalnız Hindistanda fəaliyyət göstərən "BoAt" şirkəti qərarlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm