Özünə qəsd edən yazıçı “Facebook” hesabını bağladı və kəndinə döndü
13:42 08.07.2018
Arxiv
369
İyulun 7-də ''Facebook” üzərindən canlı yayım zamanı intihara cəhd edən yazıçı Cəlil Cavanşir bir qədər öncə profilini bağlayaraq, doğulduğu Oğuz rayonuna gedib.
Musavat.com bildirir ki, bu barədə yaxınları məlumat yayıb.
Onlar deyiblər ki, peşəkar psixoloqun məsləhəti ilə bu addımı atıblar: ''Məsləhət oldu ki, Cəlili şəhər mühitindən uzaqlaşdıraq''.
Xatırladaq ki, yazıçı canlı yayımda yaşamaqdan yorulduğunu, həyatdakı bir çox şeylərlə barışmadığını bildirib, qollarını kəsici alətlə cızmağa başlayıb.
Yazar bir müddət qolları və əlləri qanlı vəziyyətdə canlı yayımı davam etdirib və bu davranışını "ölüm çox şeyi dəyişir, dostlar” sözləri ilə əsaslandırıb.
Canlı yayımı izləyən yazıçının dostları, sosial şəbəkə izləyiciləri onu bu addımdan çəkinməyə, övladlarını, ailəsini düşünməyə çağırıb. Bir qədər sonra yazıçının qardaşının onu tapması və vəziyyətinin yaxşı olması haqda məlumat yayıldı.
Yazıçının özü isə bir gün sonra sosial şəbəkədə hadisə barədə yazaraq, peşman olduğunu bildirib: "Dünən atdığım addımla bağlı uzun-uzadı izahata ehtiyac duymuram. Haqqımda yazılan bütün fikirləri oxumaq imkanım olmadı, amma xeylisini oxudum. Kim nə istəyir düşünsün, kim necə istəyir yozsun. Zərrə qədər narahat deyiləm, heç kəsdən incimirəm, heç kəsi qınamıram. Nə qədər çətin olsa da, yaşamağa davam etməyə məcburam.
Dünən mənim üçün narahat olan, yanımda olan, dəstək olan bütün dostlara təşəkkür edirəm. Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım, mütəəssir oldum. Sizləri incitdiyim, narahat etdiyim üçün peşmanam”.
Xilasetmə anı ilə bağlı yayılan videolardan görünür ki, C.Cavanşir içkili vəziyyətdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual