Pakistanda partlayış: 15 ölü, 17 yaralı




Pakistanın Belucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində 15 nəfər ölüb, 17 nəfər isə yaralanıb. 

"Sherg.az""Lefigaro.fr"ə istinadən xəbər verir ki, hadisə yerinə polis qüvvələri və yanğınsöndürənlər cəlb edilib. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb. 

Partlayışın səbəbi müəyyənləşdirilməsinə dair iş aparılır. Partlayışın polis maşınının yaxınlığında baş verdiyi deyilir.