"Paradda nümayiş olunan texnika Ermənistana ciddi mesajdır" - Sülh istəmirsə, müharibə...





Qafqaz İslam Ordusunun  Bakını azad etməsinin 100-cü il dönümünə dair təşkil olunan parad olduqca möhtəşəm idi və mən bunu çox bəyəndim". 

Bunu "Sherg.az"a beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut bildirib. 

Onun sözlərinə gğrə, bu birgə parad  Azərbaycan-Türkiyə qardaşlığını və bu ölkələrin strateji tərəfdaş olduğunu bir daha sübut etdi:

"Eyni zamanda paradda nümayiş olunan hərbi texnika ve texnologiya işğalçı Ermənistana açıq- aydin mesajdır. Yəni rəsmi İrəvan  anlamalıdır ki, Azərbaycan XX əsrin 90 illərindəki Azərbaycan deyil. Bu gün Azərbaycan Cənubi Qafqazın real siyasi və iqtisadi qatarıdır.  Azərbaycanın Dağlıq Qarabağ munaqişəsi ilə bağlı səbri tükənmək üzrədir. Bu gün hərbi baxımdan Azərbaycan Türkiyə, İsrail, Pakistan, Belarus və Rusiya kimi olkələrdən lazım olan ən yüksək texnologiyanı alıb. Gözəl bir misal var: sülh istəyirsənsə, müharibəyə hər zaman hazır ol. Düşünürəm ki, Azərbaycan məhz bu prinsiplə fəaliyyət göstərir. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra ordu quruculuğunda əsaslı dəyişikliklər baş verdi. 

Ekspertin qənaətincə, bu parad həm də onu göstərdi ki, beynəlxalq münasibətlərdə güc faktorunu heç kim ləğv etməyib: 

"Bununla bərabər Azərbaycan bayrağı gec- tez Dağlıq Qarabağda dalğalanacaq. Azərbaycan bu baxımdan bütün siyasi, iqtisadi və hərbi üsullardan istifadə edərək məsələni  həll edəcək. Aydındır ki, burada geosiyasi faktorlar da movcuddur". 

A.Qut hesab edir ki, son zamanlar Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması, Putinin Azərbaycana səfəri , Türkiyə-Azərbaycan qardaşlığı və gözəl hərbi parad, İsrail müdafiə naziri Libermanın 5 günlük səfəri Azərbaycanın Cənubi Qafqazda olan yeri və rolunu əks etdirir: 

"Diplomatiya yolu alınmasa, Azərbaycanın  müharibə yolu ilə torpaqları azad etmək hüququ var. Bu heç də Ermənistanın xeyrinə olmayacaq".

Ayyət ƏHMƏD