Parlament hökumətə dekabrın 1-dək vaxt verdi





Milli Məclisdə 3 gündür davam edən gələn ilin büdcə müzakirələri yekunlaşıb. 

Sherg.az xəbər verir ki, parlament gələn ilin büdcə zərfi ilə bağlı səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 8 gün vaxt verib. 

Spiker Oqtay Əsədov bildirib ki, hökumət dekabrın 1-nə kimi qaldırılan məsələlərə baxa bilər: 

"Biz dekabrın 1-də toplanacağıq, büdcə layihəsi səsverməyə çıxarılacaq”.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov deyib ki, dekabrın 1-ə kimi millət vəkillərinin səsləndirdiyi təkliflər hökumətə çatdırılacaq və bu təkliflər dəyərləndiriləcək.

Anar