Parlamentdə büdcə müzakirələri davam edir





Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi bu gün də davam edir.
Sherg.az-ın xəbərinə görə, hökumət üzvlərinin də iştirak etdiyi iclasda sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları müzakirə edilir.
Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.