A.Rəşidoğlu bildirib ki, Paşinyan Qarabağ danışıqları ilə bağlı cəmiyyətə mesaj verməlidir:
"Paşinyan da anlayır ki, qüvvələr nisbəti Bakının xeyrinədir" - ŞƏRH
15:48 16.10.2018
Arxiv
499
"Nikol Paşinyan erməni cəmiyyətinin ümidlərini doğrulda bilmir. Ermənistandakı vəziyyət Sarkisyanın hakimiyyəti dövründən heç nə ilə fərqlənmir”.Bunu "Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. Analitik bəyan edib ki, Paşinyanın baş nazir seçilməsi ilə danışıqlarda "taym-aut” götürülüb: "Paşinyan ölkədə apardığı repressiya siyasətinə haqq qazandırmaq üçün Qarabağ münaqişəsi ilə bağlı radikal bəyanatlar səsləndirir. Əksinə vəziyyət daha da ağırlaşmaqdadır. Paşinyanın davranışlarına əsasən demək olar ki, onun əsas məqsədi hakimiyyətdəki mövqelərini möhkəmləndirməkdən ibarətdir. Qarabağ məsələsi baş naziri o qədər də maraqlandırmır. İqtisadi inkişafa nail omaq üçün Ermənistanın resursları yoxdur. Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. İqtisadiyyatı birbaşa Azərbaycanla bağlı olan Gürcüstanın Ermənistana verə biləcəyi heç nə yoxdur. İran və dünya dövlətləri arasındakı münasibətlər isə hər kəsə məlumdur. Bu baxımdan Ermənistanın kimdənsə yardım almaq imkanı sıfırdır. Rusiyaya qarşı nankorluq edən İrəvan Qərb qarşısında diz çökməyə hazırdır. Paşinyanın səsləndirdiyi fikirlərdə sətiraltı məna kimi əsas vurğu Qərbin üzərində qoyulur. Görünür, Qərbdəki bəzi dairələr Paşinyanı dəstəkləyir”.
A.Rəşidoğlu bildirib ki, Paşinyan Qarabağ danışıqları ilə bağlı cəmiyyətə mesaj verməlidir:
A.Rəşidoğlu bildirib ki, Paşinyan Qarabağ danışıqları ilə bağlı cəmiyyətə mesaj verməlidir: "Baş nazir Qarabağın danışıqlarda tərəf kimi iştirakını istəyir. Əks halda ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edəcəyi ilə bizi hədələyir. Sual yaranır: - Paşinyan hansı addımları ata bilər? İrəvan qondarma "Dağlıq Qarabağ Respublikası”nın "müstəqilliyini” tanıya bilər. Ancaq Paşinyan nəzərə almalıdr ki, Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq. Ermənistan bu formatdan çıxmaq istəyirsə, onun bir yolu qalır, o yol da Azərbaycanla razılıq əldə etməkdir. Bir sözlə, Ermənistanın Qarabağla birgə Qərbə inteqrasiyası mümkün deyil. Rusiyanın da münasibəti fərqlidir. Paşinyan iki od arasında qalıb. Rusiya ilə münasibətlər və Qərbyönlü siyasətin həyata keçirilməsi tələbləri ciddi sıxıntıya çevrilməkdədir”.
Siyasi şərhçi bəyan edib ki, Paşinyan millət vəkili olarkən Rusiyanı tənqid edən siyasətçi kimi tanınıb. O, Serj Sarkisyandan Rusiyadan uzaqlaşmağı və Qərbə üz tutmağı tələb edən şəxs olub:
"Baş nazir Paşinyan Rusiyanın təsirindən çıxmağı düşünsə də, bunun mümkünsüz olduğunu başa düşür və çıxış yolu axtarır. Bu baxımdan, İrəvanın Qarabağ danışıqlarında güzəştə getmək niyyəti müşahidə edilir. Əlavə etmək lazımdır ki, Nikol Paşinyan mitinqlər zamanı verdiyi vədlərə əməl edə bilmir və xilas kəməri kimi Azərbaycanın dövlət başçısı ilə növbəti dəfə görüşməyə can atır. Onun bir qədər əvvəl səsləndirdiyi "danışıqlarda biz yox, Qarabağ iştirak etməlidir” şüarı artıq mənasızlaşıb. Bunu Paşinyan da dərk edir və anlayır ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir. İrəvan istəsə belə müharibə variantını ağlından keçirə bilməz. "Nə hərb, nə sülh” vəziyyəti də uzun müddət davam edə bilməz. İşğala son qoyulmadıqca vəziyyət gərgin olaraq qalacaq. Cəbhədə toqquşmalar və erməni təxribatı davam edərsə, Bakının "aprel əməliyyatı”nı təkrarlamaqdan başqa yolu qalmayacaq. Əgər savaş başlayarsa, Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, onun üçün yeganə yol Bakının və vasitəçilərin şərtlərini qəbul etməkdən keçir”.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak edib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə diqqət çəkən nazir problemin çözülməsinin bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələ olduğunu söyləyib. XİN rəhbəri vurğulayıb ki, erməni həmkarı ilə keçirdiyim iki görüş, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş söhbət irəli getmək üçün müsbət impuls verir: "Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq. Bu isə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Rəsmi Bakı substantiv, nəticəyə yönəlik danışıqlara hazırdır və bunu hər dəfə gündəmə gətirir”. İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya