Paşinyan ona olan etimadı itirməkdədir
08:27 23.01.2019
Arxiv
296
"İstənilən halda Ermənistanın inkişafı və iqtisadi dirçəlişi Azərbaycanın yaratdığı blokadanın aradan götürülməsindən, Türkiyə ilə sərhədlərin açılmasından keçir"
Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra erməni xalqına bir çox vəd verib və cəmiyyəti inandırmağa çalışıb ki, bir sıra məsələlər yaxın gələcəkdə öz həllini tapacaq. Paşinyan sosial-iqtisadi problemlər, qonşularla münasibətlərin düzəlməsi, Dağlıq Qarabağla bağlı yeni ideyalar, təşəbbüslər və s. barədə yağlı vədləri sıralamışdı. Lakin cəmiyyət görür ki, ötən müddət ərzində heç bir irəliləyiş, dəyişiklik yoxdur. Qarabağ klanı da bu vəziyyətdən səmərəli şəkildə istifadə edir və özünə tərəfdar toplamaq üçün Paşinyan hökumətini yıxıb-sürüyür. Xeyli zaman keçsə də, Paşinyan hökumətin siyasi prioritetlərini cıza bilməyib.
Yeni hökumətin əlində heç bir proqramı yoxdur. Hökumət nədən başlayacağını, hansı yollarla gedəcəyini, xarici siyasətdə hansı addımlar atacağını bilmir. Əgər Paşinyan konkret istiqamət götürməzsə, problemlərin həllini tapmazsa, onun vəziyyəti daha da mürəkkəb və acınacaqlı olacaq. Bu arada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Ermənistana Qarabağ çağırışı edib. Nazir bildirib ki, Qarabağ münaqişəsi həll olmadan nə Ermənistanda, nə də Qafqazda stabillik mümkündür. Ermənistanın işğalçılıq siyasətini pisləyən Çavuşoğlu deyib ki, indiki şərtlər altında İrəvanla münasibətlərin bərpası mümkün deyil.
Düşmən ölkədəki durumu "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Paşinyan hələ ki dirəniş göstərməyə çalışır. Onun sözlərinə görə, baş nazir bir müddət populizmini davam etdirəcək:
"Ancaq belə çox getməyəcək. Artıq Paşinyan siyasi etimadını itirmək üzrədir. Əgər qısa zamanda verdiyi vədlərin heç olmazsa, bir qismini yerinə yetirə bilməzsə, həm Ermənistanın, həm də Paşinyanın vəziyyəti yaxşı olmayacaq. Məsələ ondadır ki, nəsə iş görmək üçün baş nazirin əlində resurs yoxdur. Xəzinə boşdur, ölkəyə sərmayə gəlmir, erməni lobbiçiləri də kisənin ağzını bağlayıblar. İstənilən halda Ermənistanın inkişafı və iqtisadi dirçəlişi Azərbaycanın yaratdığı blokadanın aradan götürülməsindən, Türkiyə ilə sərhədlərin açılmasından keçir”.
Ekspertin sözlərinə görə, İrəvan hökuməti regional mühüm layihələrə qismən də olsa qoşulmaq şansına malikdir, amma bunun üçün ilk növbədə qeyd-şərtsiz işğal olunmuş torpaqlar azad edilməlidir:
"Türkiyə ilə sərhədlərin açılması da Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Paşinyan işğalçılıq siyasətinə son verərsə, həm bölgədəki layihələrdən yararlanmaq imkanı əldə edər, həm də Türkiyə ilə sərhədlərin açılması sayəsində iqtisadi blokadadan xilas olar. Yeganə çıxış yolu budur. Əks halda nə Rusiya, nə də İran indiki şəraitdə Ermənistanı dirçəldə bilməyəcək. Çünki rəsmi Bakı son dövrlər Moskva və Tehranla da əməkdaşlığı sıxlaşdırır və ikili münasibətləri möhkəmləndirir. Bu baxımdan hesab edirəm ki, Paşinyan əvvəl-axır danışıqlarda pozitiv mövqe sərgiləməyə məcbur qalacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol