"Paşinyan Sarkisyanın siyasətini davam etdirəcəksə, müharibə qaçılmaz olacaq" - AKTUAL
15:10 02.02.2019
Arxiv
863
"Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana heç bir güzəştə getməyəcəyini və Azərbaycandan ilk kompromis gözlədiklərini qeyd edir".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, danışıqların intensivləşdiyi bir vaxtda, ABŞ-ın prosesdə fəal rol oynadığını nəzərə alsaq, Paşinyanın bu məntiqsiz açıqlaması, danışıqların gedişini heçə endirir:
"Nəzərə alaq ki, bu ay ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir və bu görüşdə liderlərin rəsmi görüşü planlaşdırılacaq. Belə olan təqdirdə Paşinyanın hazırkı açıqlaması, hansı danışıqların aparılmasından söhbət gedə bilər?! Əgər, Sarkisyanın siyasətini davam etdirəcəksə, müharibə qaçılmaz olacaq. Görünür, Paşinyanı danışıqlardan yayındıran Rusiyanın bu ölkəyə vəd verdiyi S-35 çox funksiyalı dördüncü nəsil təyyarələri və hərbi yardımıdı. Rusiya Paşinyana bu silahları ondan xoşu gəlmək üçün vermir.
Ona görə verir ki, erməni tərəfli güzəştə getməsin. Rusiya Qarabağın ədalətli həllini öz regional maraqlarına ciddi təhlükə hesab etdiyindən veririr. Təbii ki, Rusiya rəhbərliyi nə qdər Paşinyanı xoşlamasa da, ABŞ-ın vasitəçiliy ilə başladılan Qarabağ danışıqlarını öz geosiyasi maraqlarına zidd hesab edir".
Analitikə görə, Rusiya ümumiyyətlə, Qarabağ münaqişəsinin həllini özünün şərtləri xaric həllini qəbul etmir:
"Münaqişə ətrafında çox mürəkkəb bir vəziyyət yaranıb. Davosda Azərbaycan və Ermənistan liderlərinin apardığı danışıqların detalları Rusiyaya bəlli olduğu üçün çalışır ki, status-kvonun dəyişməsinə əngəl yaratsın. Rusiya və daxildə Kremlə bağlı müəyyən qüvvələr Paşinyanın Qarabağ danışıqlarına ciddi təzyiq göstərirlər. Vaşinqton prosesi görək hara kimi aparacaq. Fevralda nazirlərin görüşü hazırkı məsələlərə aydınlıq gətirəcək. Azərbaycan mütləq şəkildə öz hərbi imkanlarını yenidən cəbhəyə yönləndirməyi hazırlamalıdır. Qarabağ münaqişəsi ABŞ və Rusiya arasında geopolitik savaş meydanına çevrilib".
Ismayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region