"Paşinyanın Avropaya getməkdə məqsədi pul dilənmək, sədəqə toplamaqdır" - Deputat
15:23 04.02.2019
Arxiv
837
"Paşinyanın Almaniya səfəri və kansler Angela Merkellə görüşü bir sıra nəticələrə gəlməyə əsas verir. Ümumiyyətlə, Paşinyan faktiki olaraq öz sələflərinin siyasətinin yeridir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat bildirib ki, Paşinyanın Avropaya getməkdə məqsədi pul dilənmək, erməni lobbisindən və diasporasından sədəqə toplamaqdır: "Baş nazir xarici ölkələrdən investisiya cəlb etməyə çalışır. Lakin hadisələrin gedişatı göstərir ki, artıq xarici ölkələrdəki erməni lobbisi İrəvan hökumətinə davamlı ianələr verməkdə maraqlı deyil.
Ermənistandakı daxili gərgin durum, dözülməz iqtisadi vəziyyət, investorlar üçün cəlbedici olmaması bu kimi cəhdlərin uğursuz olmasını şərtləndirir. Bu baxımdan Paşinyanın Almaniya səfəri də istisna təşkil etmir”.
Parlament üzvü vurğulayıb ki, Ermənistan baş nazirinin Almaniyaya səfəri zamanı ölkəsinin və ermənilərin nə qədər kriminallaşdığı, xarici dövlətlərdə fəaliyyət göstərən ermənilərin Ermənistan dövləti ilə nə qədər bağlı olduğu üzə çıxdı:
"Bir müddət öncə Almaniyanın nüfuzlu "Der Spiegel” jurnalında erməni mənşəli cinayətkar qruplaşmalardan geniş bəhs olundu. Onların çirkin əməlləri ifşa edildi. Eyni zamanda bu fəaliyyətin Ermənistan dövləti ilə bağlılığı haqqında da faktlar üzə çıxarıldı. Hətta ermənilərin dünyanın ən güclü mafiyası olan İtalyan kriminal qruplaşmalarla əlaqəsi də oraya qoyuldu”.
E.Nəsirovun sözlərinə görə, Almaniya hökuməti ölkədəki erməni mafiyasının dövlətin təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bəyan etməkdədir:
"Ən təhlükəlisi isə odur ki, erməni mafiyoz qruplar Ermənistan dövləti ilə əlbir şəkildə fəaliyyət göstərirlər. Artıq bu həqiqətlər Almaniyanın, eləcə də Avropanın bütün nüfuzlu nəşrləri də gündəmə daşımaqdadır. Nəticə etibarı ilə Ermənistanın özünü "sülh göyərçini” kimi təqdim etmə cəhdləri də tədricən fiaskoya uğrayır. Paşinyan hansı ölkəyə gedirsə, erməni mafiyası ilə bağlı tənqidlərə və xəbərdarlıqlara tuş gəlir. Bu cür faktlar Paşinyanın özünü "demokrat” adlandırmasını mümkünsüz edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya