Paşinyanın növbəti qurbanları - Bu mətbuat orqanları hədəfdə





"Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədar axtarış əməliyyatları davam etdirilir". 

Bunu "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib. 

Onun sözlərinə görə, 17 sentyabr tarixində Ermənistanın hüquq-mühafizə orqanları "Yerevan.Today” xəbər saytının ofisində və saytın baş redaktorunun evində axtarış əməliyyatları həyata keçirilib: 

"Bununla yanaşı eyni vəziyyətlə "Hraparak” qəzeti də üzləşmək məcburiyyətində qalıb.
Bu zaman belə bir sual yaranır.  Bu gizli səs yazısının yayılmasında həqiqətən də adıçəkilən mətbuat orqanlarının günahları var yoxsa Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də öz ayıblarını ört-basdır etmək üçün yeni qurbanlar tapıb?

Bəlkə bu mətbuat orqanları kiminlərinsə güdazına gedib?

Birinci ehtimal həqiqətən də bu media orqanlarının tərkiblərində hökümət nümayəndələrinin telefon danışıqlarını dinləmək üçün mövcud cihazlar var. Və onlarda danışıqları qeydə alaraq hökümət nümayəndələrini santaj edib, qarşılığında müəyyən məbləğdə pul alırlar.

İkinci ehtimal da yüksəkdir. Ermənistanın baş naziri Nikol Paşinyan öz ayıblarını ört-basdır etmək və xalqın diqqətini yayındırmaq üçün yeni qurbanlar olaraq bu mətbuat orqanlarını seçib. Beləcə növbəti siyasi repressiyaların qurbanları sözügedən mətbuat orqanlarıdır.

Üçüncü ehtimal isə daha real görsənir. Robert Köçəryan və ya Respublikaçılar Partiyasının göstərişi əsasında bu mətbuat orqanları tərəfindən gizli səs yazısı yayınlanıb. Bununla da onlar N.Paşinyanın cəmiyyətdəki mövqeyini zəiflətməyə çalışıblar.

Dördüncü isə bu mətbuat orqanları söz azadlığı çərçivəsində həmin məlumatların yayılmasında heç bir mane görməyiblər. Həmçinin də məlum məlumatı yayaraq oxucu kütləsinin sayını artırmaq fikrində də ola bilərlər.

Beşinci ehtimal N.Paşinyan və Qərb belə bir oyun oynayıb, günahkar qismində hədəf olaraq Robert Köçəryan və Respublikaçılar partiyasını göstərərək Rusiyanın mövqeyini Ermənistanda zəiflətməyə çalışırlar. Həmçinin N.Paşinyan bu yolla xalqın da dəstəyini alaraq Robert Köçəryan, Serj Sarkisyan, Mikael Harutyunyan və Yuri Xaçaturovunda həbsinə nail olmaq niyyətindədir.

Son olaraq isə N.Paşinyanın mətbuatda işlədiyi zamandan ola bilər ki, bu mətbuat qrupları arasında ədavatı olub və indi də əlinə fürsət düşüb ki, onlardan intiqamını alsın. Məhz bu səbəbdən də hədəf taxtasında onlar göstərilir".

Ayyət ƏHMƏD