Paytaxtda 4 köşk yandı




Bakıda yanğın hadisəsi qeydə alınıb. 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan 4 ədəd dəmir köşkün taxta üzlüyü və içərisində məişət əşyaları 65 m² sahədə yanıb. Digər bitişik köşklər yanğından mühafizə olunub. Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.