Paytaxtda qaraçılar 10 yaşlı oğlanı dilənməyə məcbur ediblər
18:10 02.05.2019
Arxiv
526
Polis ötən ay itkin düşmüş və qaraçılara qoşularaq Bakının iri ticarət mərkəzlərində dilənçilik edən oğlanı Nərimanov parkında dilənərkən tapıb
Bakıda qaraçılar 10 yaşlı oğlan uşağını Bakının küçələrində dilənçiliklə məşğul olmağa məcbur ediblər.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, bu günlərdə polis əməkdaşları AUB-nin Reinteqrasiya Mərkəzinin sığınacağına aprelin əvvəllərində itkin düşmüş üçüncü sinif şagirdini gətiriblər. Valideynləri üç gün ərzində uşağı axtarıb tapmayandan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər və yerli telekanallardan birində elan veriblər. Nəticədə polislər uşağı Nəriman Nərimanov adına parkın ərazisində dilənçilik edərkən tapıblar.
Uşaq deyib ki, onlarla qonşuluqda yaşayan yeniyetmə dilənçilər onu aldadaraq bu işə cəlb ediblər. Bu vaxt ərzində uşaqlar özlərinin pul diləndikləri bütün nöqtələri ona başa salmağa macal tapıblar. Həmin yerlər Binə qəsəbəsindəki və "Neftçilər" metrostansiyası yaxınlığındakı iri ticarət mərkəzləri olub. Oğlanın sözlərinə görə, onunla birlikdə dilənən uşaqlar elə həmin yerlərdə küçədəcə yatırlar və elə orada nə tapsalar, onu yeyirlər.
Ağazadə həmin uşağın valideynlərinin yaşadığı Bakı rayonunun adını deməkdən imtina edib. Onlar qaraçıların kompakt halda yaşadığı ərazidə mənzil kirayələyiblər. Oğlanın valideynləri insidentin təkrarlanacağından qorxurlar.
"Oğlanın dediyinə görə, onu dilənçiliklə məşğul olmağa məcbur ediblər. Hazırda təhqiqat aparılır və hələlik faktlar təsdiqini tapmayıb. Uşaqda çatışmazlıq hiss olunur. Biz uşağı Pedaqoji Komissiyaya göndərmişik ki, onlar onun vəziyyətini qiymətləndirsinlər. Təhsil Nazirliyi oğlanı ixtisaslaşmış internetə yazmaq üçün hazırda onun sənədlərinə baxır" - deyə Ağazadə bildirib.
AUB sədri izah edib ki, oğlanda bir növ sosial uyuşmazlıq problemi var: "O, həddindən artıq sadəlövhdür. Uşağın ailəsi Bakıya ölkənin cənubundan gəlib. Onlar orada dağ kəndində yaşayıblar və təsərrüfat işləri ilə məşğul olublar. Onların heç birinin normal təhsilləri yoxdur".
Hazırda sözügedən faktla bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol