Pediatr şagirdlərə məktəb bufetindən heç bir şey almamağı tövsiyə edir - Evdən yemək aparın!
08:20 02.02.2019
Arxiv
552
Şagirdlərin orta təhsil müəssisəsində qidalanması son zamanların müzakirə mövzusudur. Müxtəlif qida məhsullarının satışının orta məktəblərdə qadağan olunması ilə bağlı iddialar tez-tez səslənir.
Bəs qanunvericilik, hansı qida məhsullarının məktəb bufet və yeməkxanalarında satışını qadağan edir?
AzEdu.az xəbər verir ki, bu barədə rəsmi məlumatlar Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli qərarında əks olunub.
Qərarda bildirilir ki, ümumi təhsil müəssisələrində iaşə xidmətini müəssisə rəhbərliyi və bu xidməti göstərmək hüququ olan şəxslər həyata keçirə bilər. Bütün şagirdlər üçün birdəfəlik isti yemək təşkil edilməlidir. Günü uzadılmış qrupda olan şagirdlər isə təhsil aldığı məktəbdə iki dəfə isti xörəklə (səhər yeməyi və nahar), müəssisədə axşama qədər qaldıqları zaman isə günorta yeməyi ilə də təmin edilə bilərlər. Şagirdlərin qida rasionu dövlət sanitar-epidemioloji nəzarət orqanları ilə razılaşdırılmalıdır.
Şagird və işçilər arasında qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyaları baş verdikdə, dövlət sanitar-epidemioloji nəzarət orqanlarına təcili məlumat verilməlidir.
Qərara əsasən, ümumi təhsil müəssisələrində şagirdlərin qidalanması zamanı aşağıdakı məhsullardan istifadə qadağandır:
- Çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;
- Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;
- Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;
- Termiki emala məruz qalmayan yaşıl noxud;
- Ət qiyməsi ilə hazırlanan makaron, ətli blin, studen, doğramac, paştet, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan);
- Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;
- Göbələklər;
- Yumurtalı makaronlar, qayğanaq;
- Kremli pirojna və tortlar;
- Çoxlu yağ doldurulmuş dərin qablarda qızardılan piroq və ponçiklər;
- Xəmiri acıdan naməlum tərkibli tozlar.
Pediatr Vaqif Qarayev isə «Şərq»ə açıqlamasında şagirdlərə məktəb bufetindən ümumiyyətlə, heç bir şey almamağı tövsiyə etdi:
- Şəxsi fikrimdir. Məndən olsa, məktəb bufetindən ümumiyyətlə, heç nə alıb yeməsinlər. Evdən yemək aparsınlar.
Pediatr «evdən yemək aparsınlar» dedikdə, valideynlərin uşaqlara nahar hazırlamasını nəzərdə tutduğunu söylədi:
- Demirəm, evdən quru qidalardan, marketlərdə, dönərxanalarda, şirniyyat sexlərində hazırlanan məmulatlardan aparsınlar. Qoy analar zəhmət çəkib özləri, öz əlləri ilə övladlarına fasilədə yemələri üçün bir şeylər hazırlasınlar. Ev şəraitində buterbrod düzəltmək məgər belə çətindir?! Yarımfabrikatlardan, quru qidalardan uşaqları uzaq tutmaq lazımdır. Qəbizlik, mədə-bağırsaq pozğunluqları bu cür qidalardan yaranır.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region