Penitensiar Xidmətdən "qiyam", "iğtişaş" AÇIQLAMASI
12:33 21.10.2016
Arxiv
474
Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində iğtişaş baş verməsi barədə məlumatlara münasibət bildirib. Lent.az xidmətin mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun yaydığı açıqlamada deyilir: "Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan ayrı-ayrı müəssisələrdə, o cümlədən 13 və 6 saylı cəzaçəkmə müəssisələrində, Bakı İstintaq təcridxanasında məhkumlara qarşı qanuna zidd hərəkətlərin törədilməsi, cəza çəkənlər arasında kütləvi iğtişaşların baş verməsi, müəssisələrə xüsusi təyinatlı dəstələrin yeridilməsi, məhkumlardan, eləcə də onlara baş çəkən qohumlarından pul tələb edilməsi kimi həqiqəti əks etdirməyən məlumatlar dərc edilir.
Penitensiar xidmətin rəhbərliyi və kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaq məqsədi daşıdığını bildirir.
Penitensiar xidmət bir daha ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, bu gün haqqın.az və virtualaz.org saytlarında "Bakı istintaq təcridxanasında qiyam: qoşun yeridildi” başlıqlı məlumatın heç bir əsası yoxdur və böhtan xarakterlidir, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət