Pensiyalarda gecikmələr yoxdur

İyun ayının təqaüdləri verilməyə başlanıb


Bu günlərdə əhalinin əmək və əlillik pensiyalarında müəyyən gecikmələrin olmasına dair xəbərlər yayılıb. Hətta bununla bağlı sosial şəbəkələrdə də bir sıra məlumatlar qeyd olunub.


Pensiyaların gecikməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev "Şərq”ə açıqlama verib. Qurum rəsmisi məlumatın tamamilə yanlış olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, pensiyalarla bağlı heç bir gecikmə yoxdur: "Bu məlumatlar kökündən yanlışdır. Pensiyalar hər ay verilir. İyun ayının pensiyaları isə artıq dünəndən etibarən verilməyə başlanılıb və ayın sonuna kimi tam olaraq yekunlaşacaq”.

Yeganə