Pentaqon rəhbəri: “Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməsini istəyirik”
12:20 21.10.2016
Arxiv
596
Bu gün Türkiyədə səfərdə olan ABŞ müdafiə naziri Eşton Karter Ankaranın Suriya və İraqdakı proseslərlə maraqlanmasının məqbul olduğunu bəyan edib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, E. Karter Fikri İşıqla görüşdə Türkiyənin Suriyada həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun İŞİD terror təşkilatının xüsusi önəm verdiyi Dabık qəsəbəsini azad etməsi münasibəti ilə Türkiyəni təbrik edib.
E. Karter bildirib ki, Türkiyə Suriya və İraqdan gələn milyonlarla qaçqını qəbul edib və bu sahədə böyük bir yükü üzərinə götürüb: "Türkiyənin İraq və Suriyadakı proseslərlə maraqlanması məqbuldur. Türkiyənin sərhədlərinin təhlükəsizliyini qorumaq üçün həyata keçirdiyi tədbirləri dəstəkləyirik və İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda iştirak etməsini istəyirik. Türkiyə ilə bəzən fikir ayrılıqlarımız olsa da, prinsiplərdə daim həmfikirik. Terrorizmin hər cür təzahürünə qarşı çıxmaq da bu prinsiplər sırasındadır. Eyni məqsədlərə necə nail ola biləcəyimiz üsullarla bağlı fərqli yanaşmalarımız ola bilər, ancaq iki yaxın müttəfiq olaraq hər məsələ üzərində çalışaraq bunu həll edə bilərik”.
Hərbi çevrilişə cəhd zamanı bombalanmış Türkiyə Böyük Millət Məclisini ziyarət edə E. Karter jurnalistlərə açıqlamasında deyib ki, Türkiyədə insanlar demokratiya və azadlıq üçün savaşıblar: "Dünya bu qorxunc olayın qəhrəmanlarını görüb. Bu aspektdə Türkiyənin güclü müttəfiqi olmağa, demokratiyaya dəstək verməyə davam edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət