"Peşə təhsilində qırılma olmayacaq" - Hərbi xidmətdən möhlət




"Peşə təhsili alanlara təklif edilən həqiqi hərbi xidmətdən möhlət hüququ verilərsə, peşə təhsili alan tələbələrin fasiləsiz təhsil alma hüququ təmin olunacaq”.

Bu barədə "Sherg.az”a Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təklif edilən qanun layihəsinin əhəmiyyətindən danışarkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirib.

 O qeyd edib ki, peşə təhsili üçün təklif edilən dəyişikliyin qəbulu müsbət nəticələr verə bilər:

"Peşə təhsili orta məktəb təhsilindən fərqlidir. Burada tələbələr həm bilik öyrənir, həm də peşə əldə edir. Ona görə, hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bu təhsildə qırılma olmayacaq. Bu da müxtəlif peşə üzrə yüksək keyfiyyətli mütəxəssislərin hazırlanması deməkdir”.

Qeyd edək ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Peşə təhsili haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Aysel Aslan