PKK-nın kritik ismi tutuldu





PKK-nın yüksək vəzifəli üzvlərindən biri Adana şəhərində Türkiyə polisi tərəfindən saxlanılıb.

"Sherg.Az"Axar.az-a istinadən xəbər verir ki, yaxalanan şəxsin Davud Bağestani olduğu bildirilib. Onunla bərabər daha 3 nəfər tutulub.

Bağestaninin Mersin və Adana şəhərlərində "Canbulat Turqay" adıyla gizli fəaliyyət apardığı, həmçinin İsrail-Kürd İnstitutuna rəhbərlik etdiyi, keçmişdə PKK-nın İsrail və ABŞ-la görüşlərinə vasitəçilik etdiyi müəyyən olunub.

Onun sosial şəbəkələr vasitəsilə terror təbliğatı həyata keçirdiyi də vurğulanıb.