Plastik əməliyyat TƏHLÜKƏSİ: ölüm səbəbləri açıqlandı
08:03 12.09.2019
Arxiv
627
Son vaxtlar plastik əməliyyat zamanı ölüm hallarının baş verməsi hadisəsinə tez-tez rast gəlinir. Əvvəllər daha az adam bu xidmətdən istifadə edirdisə, bu gün gözəllik qurban tələb edir deyib, gözəllik üçün canlarını qurban verənlərin sayı günü-gündən artır.
Bəs plastik əməliyyat həqiqətən təhlükəlidirmi?
Mövzu ilə bağlı Lent.az -a danışan plastik, rekonstrüktiv və estetik cərrah Elnur Mehrəli bildirib ki, düzgün keçirilmiş əməliyyat təhlükəli deyil:
“Bütün əməliyyatlarda risk faktoru olsa da, bildirim ki, estetik, plastik əməliyyatların arealına daxil olan, istər burun, istərsə də, üz, sinə, piy çıxarma, cavanlaşma və s. əməliyyatlarının risk faktoru digər sağlamlıq üçün edilən əməliyyatlardan daha azdır.
Hər bir xəstəni əməliyyata götürərkən onun özünə və yaxınlarına narkozla, eləcə də əməliyyatın özündə yarana biləcək hər hansı bir risklə bağlı məlumat verilməlidir. Estetik əməliyyat düzgün aparılarsa, heç bir təhlükə olmaz. Belə deyim, bir neçə faktor var ki, biz xəstəni əvvəlcədən hazırlayırıq.
Məsələn, pasientin o vaxta kimi keçirmiş olduğu xəstəliklərə baxılır, genetik nəsildə olan xəstəliklər araşdırılır, qan xəstəlikləri, şəkərli diabet, daşıyıcı xəstəliklər və s. lazım olan bütün müayinələr edilir. Xəstə bütün analiz və müayinələrdən keçdikdən sonra əgər əməliyyata uyğundursa, biz onu əməliyyata götürürük. Hətta elə olur ki, xəstə gəlir və onda qan azlığı, ya digər bir xəstəlik aşkarlanır, bu zaman biz həmin xəstəni müalicə olunmağa göndəririk. Daha sonra yenidən müayinələr aparılır, əgər həmin xəstəlik aradan qaldırılıbsa, bu zaman biz o xəstəni təzədən əməliyyata götürürük. Elə olur ki, xəstə gəlir və biz görürük ki, onun ürəyi, bədəni narkozun verilməsinə uyğun deyildi. Bu zaman onu qətiyyən əməliyyat etmək olmaz. Başqa xəstələrdə risk 5-10 faizdirsə, həmin xəstələrdə 95 faizdir”.
E.Mehrəli plastik əməliyyatdan qorxan oxuculara da məsləhət verib:
“Bəzi həkimlərin müayinəsiz, tələm-tələsik etdikləri əməliyyat çox təəssüf ki, ölüm halının baş verməsinə səbəb olur. Buna görə də, son zamanlar cəmiyyətimizin psixologiyası plastik əməliyyata qarşı çevrilib. Amma məsləhət görürəm ki, pis fikirləri beynimizdən çıxaraq. Çünki daxili orqanların və digər əməliyyatların riski estetik əməliyyatlardan olduqca çoxdur. Sadəcə bu əməliyyatları düzgün aparmaq və xəstələri buna hazırlamaq lazımdır”
Sonda onu da qeyd edək ki, plastik əməliyyatlardan heç də hamısı uğurlu olmur.
Belə ki, xarici mütəxəsislərin hesablamalarına görə, hər 100 plastik əməliyyatdan 10-u uğursuz başa çatır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə