Podaqra xəstəliyi nədir və necə yaranır ? - OXUYUN, QARŞISINI ALIN !



Podaqra orqanizimdə purin mübadiləsinin pozulmasından əmələ gələn bir xəstəlikdir.

Sherg.az xəbər verir ki, bu xəstəlik zamanı ayaq, baş barmağının çöl hissələrində, dabanların altında, diz oynaqlarının ətraflarında şişkinlik və güclü ağrılar olur.

Başqa xəstəliklər kimi, podaqranın da yaranmasında və inkişafında xüsusi risk faktorları mühüm rol oynayır. Bu faktorlardan birincisi yaş faktorudur ki, qadınlarda 50 yaşdan sonra, kişilərdə isə 40 yaşdan sonra yaranma riski artır. Cinsi faktora uyğun olaraq kişilərdə podaqraya daha çox rast gəlinir, nisbət – 9/1 şəklidədir. Fiziki yüklənmələr, alkoqollu içkilərin və purin tərkibli qidaların uzun müddət çoxlu miqdarda qəbulu da podaqranın yaranmasını şərtləndirir. Bundan əlavə, sinovial mayenin və qanın pH səviyyəsinin enməsi, böyrəklər vasitəsilə sidik turşusunun orqanizmdən ləng xaric olunması, hipotermiya kimi narahatlıqlardan sonra xəstələrdə podaqra riski daha da artır.

Əgər sizdə podaqra əlamətləri varsa, qanın analizini vermək lazımdır. Bu zaman sidik turşusunun miqdarı normadan çoxdursa, deməli sizdə podaqra əlamətləri var. Bundan sonra böyrəklərinizi də yoxlatdırın, çünkü bu zaman böyrəklərdə çox vaxt urat mənşəli duzlar olur.

Podaqra çox ət yeyən, əsasən mal əti yeyən insanlarda daha çox olur. Bu zaman ət, balıq, göbələk kimi məhsullar azaldılmalı, təzə tərəvəz yeməklərinə, əsasən salatlar daha çox yeyilməlidir. Orqanizm bu zaman daha çox turş mühitə çevrildiyindən mütləq hidrokarbonat mənşəli mineral sulardan gündə 2 stekan içilməsi məsləhətdir ki, bədənimizin mühiti qələviləşsin.

Gündə bir dəfə yemekdən əvvəl bir xörək qaşığı alma sirkəsi və eyni qayda ilə bir xörək qaşığı zeytun yağı (rafine edilməmiş) içmək də faydalıdır.