Polis cərimə yazdı: Sürücü küsüb getdi – VİDEO
12:32 19.11.2017
Arxiv
685
Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi növbəti reyd keçirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov APA TV-nin yerli bürosuna bildirib ki, reyd zamanı sərnişindaşıma sürücülük hüququ olmayan, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib, habelə polis əməkdaşlarına tabe olmayan sürücülər aşkarlanıb. Onlar barəsində protokollar tərtib olunub.
Mingəçevir şəhər Polis Şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, iki saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyddə sərnişindaşımada sıxlıq yaradan 16 sürücüyə, eləcə də avtomobillərdə görməni məhdudlaşdıran qara plyonkadan və pərdədən hələ də istifadə edən 18 sürücüyə protokol tərtib olunub.
Mütəmadi təşkil olunan reydlərdə əsas məqsəd sərnişindaşımada xidmətin keyfiyyətini yüksəltməkdir. Reyd zamanı polisə müqavimət göstərən məsuliyyətsiz sürücülər də olub. Yol polisi əməkdaşlarının qayda pozan və qəza vəziyyəti yaradan sürücülərə qarşı reydi mütəmadi olaraq davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə