Politoloq: “Gənclər tariximizi bilib fəaliyyətlərini bunun əsasında qurmalıdırlar”





"Gənclərin böyük əksəriyyəti gələcəyə böyük inamla baxır. Azərbaycanda sabit, adət- ənənələrihnə dəyər verən, tarixini bilən, intellektual bir gənclik yetişib. Region gəncləri ilə müqayisədə Azərbaycan gəncliyi bu sahələrdə onlardan irəlidədir”.

Bu sözləri Sherg.az-a Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüşü şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, qonşu ölkələrin gəncliyi narkomaniya və cinayət aludəçisi olduğu halda bizim gənclər təhsilə və vətənpərlik ruhuna köklənib: "Azərbaycanda gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin milli ruhda, adət-ənənələr, mənəvi dəyərlər əsasında düzgün tərbiyə olunmasıdır. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi bizim üçün xüsusilə aktualdır.

Düşünürəm ki, adət- ənənələrimizə bağlı olan gənclər tariximizi bilib fəaliyyətlərini bunun əsasında qurmalıdırlar. Ölkəmizin çox çətin coğrafi mövqedə yerləşməsinə baxmayaraq gənclər siyasətinin əsas elementi onların vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Azərbaycanda gedən struktur islahatları çərçivəsində də gənclərə daha çox yer verilir. Dövlət idarələrində, xüsusən də rəhbər vəzifələrdə çalışan gənclərin sayı artıb. Bu da dövlətin gənclərə olan qayğısının və yeritdiyi uğurlu siyasətin bariz nümunəsidir. Bir sıra gənclər təşkilatı var ki, öz ideyalarını həyata keçirmək üçün Gənclər Fondunun dəstəyindən faydalanır, müxtəlif layihələr həyata keçirib, uğura nail olurlar”.

Şəymən