Prezident Alim Qasımova "Şərəf" ordeni verdi - SƏRƏNCAM




Prezident İlham Əliyev xalq artisti Alim Qasımova orden verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sherg.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Alim Həmzə oğlu Qasımov "Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, avqustun 14-də Alim Qasımovun 60 yaşı tamam olacaq.