"Prezident bu məqamda əsl dövlət başçısına yaraşan addım atdı" - Yeni model
16:57 08.02.2019
Arxiv
620
"Prezidentin Şamaxıya hadisə yerinə getməsi zərərçəkən vətəndaşlarımız üçün böyük təsəllidir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, əvvəllər də ölkə başçısı Azərbaycanın aran rayonlarında böyük daşqınlar vaxtı əhalinin arasında insanlıq və dövlət başçısı kimi borcunu yüksək səviyyədə yerinə yetirib:
"Şamaxıda baş verən zəlzələdə vətəndaşlarımızın məruz qaldığı ziyanı qarşılamaq, onlara mənəvi cəhətdən dəstək olmaq Prezident kimi qüvvətli səlahiyyət sahibi olan şəxsin vətəndaşlara mənəvi dayağıdır. Prezident bu məqam əsl dövlət başçısına yaraşan addım atdı. Bu, Azərbaycanda Prezidentlə cəmiyyətin arasında hər hansı bir problemin olmadığını göstərir. Bir daha görünür ki, ölkə başçısı təbii fəlakətlər nəticəsində ziyan görmüş və müəyyən qədər emosionallaşmış insanlarla təmasda olmaqdan, onların dərdinə şərik olmaqdan çəkinmir.
Azərbaycan Prezidentinin bu addımı fövqəladə hallarda, təbii fəlakətlər anında əsl dövlət başçısının necə olması barədə bir model yaratmaq baxımından da maraqlıdır. Məsələn, başqa ölkələrdə belə hadisələr olanda həmin ölkələrin Prezidenti ilə Azərbaycan Prezidentinin davranışını müqayisə etmək kifayətdir. Bir sıra Avropa ölkələrində belə fəlakətlər olanda ümumiyyətlə, dövlət başçılarını xalqın arasında görmək mümkün olmur. Azərbaycan Prezidenti bəzi ölkələrdə prezident və cəmiyyət arasında rast gəlinməyən yeni modeli təqdim etdi.
Bu, maraqlı bir modeldir və əminəm ki, indiyə kimi bu üsuldan istifadə etməyən dövlət başçıları nümunə götürəcəklər. Prezidentin hadisə yerində yaşlı insanlarla, zərəçəkənlərlə ünsiyyətindəki səmimiyyət və açıqlıq çox dəyərlidir. Ona görə də, sadə insanlar Azərbaycan prezidentinə verdikləri dəstəyə görə, nə qədər düzgün addım atdıqlarına bir daha əmin oldular”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm