"Prezident bunu bizdən tələb edir” - Nazir
09:55 04.04.2019
Arxiv
575
"Azərbaycan Ordusuna böyük ictimai nəzarət var və biz də bunun tərəfdarıyıq. Prezident də bunu bizdən tələb edir”.
ONA-nın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində bildirib.
Müdafiə naziri qeyd edib ki, hər şey göz qabağındadır: "Bizim hərbi qulluqçuların yüksək səviyyədə hərbi xidmətinin təşkili üçün hər şey edilib, gözəl hərbi şəhərciklər tikilib. Mnə bu il Prezidentə məruzə etmişəm, ilin sonuna kimi 90 faiz Azərbaycanda hərbi hissələrin yenidən qurulması və bərpası yekunlaşacaq.
Biz 1-2 ilə bunu 100 faizə çatdıracağıq. Dövlət, Prezident, Nazirlər Kabineti bu iş üçün böyük vəsait ayırır və ciddi nəzarət edir. Gəlib ictimaiyyət görsün ki, hərbi hissələrdə şəxsi heyət üçün hansı şərait yaradılıb. Valideynlərin əksəriyyəti deyir ki, heç evdə belə şərait yoxdur.
Mən tam məsuliyyətimlə deyirəm ki, bu gün Azərbaycan dövləti, xalqı öz ordusu üçün elə şərait yaradıb ki, bəlkə də dünyanın aparıcı dövlətlərində belə şərait yoxdur. Biz həmin ölkələrdə oluruq, gedib baxırıq. Mən bunu tam rəsmi və tam səmimi deyirəm.
MDB dövlətlərində də, NATO ölkələrində də olmuşam. Ön cəbhədə olan hərbi hissələrimizdə olan xarici dövlətlərin hərbi attaşeləri mənə dedilər ki, bizim heç mərkəzdə belə hərbi hissələrimiz yoxdur. Bunun üçün Azərbaycan dövləti, Prezident vəsait ayırır və biz bu hərbi hissələri tikirik.
Əsgərlərin şəraiti yüksək səviyyədədir. Hər bir hərbi hissənin yanında zabitlər üçün xidməti mənzillər tikilir. Baxın, maraqlanın, hansı dövlətdə 20 ildən çox qüsursuz xidmət edən zabitə dövlət təmənnasız mənzil verir?
Tək-tük dövlətlərdə bu, həyata keçirilir. Azərbaycanda növbə ilə 1992-ci ildən tutmuş, o dövrü də əhatə etməklə, mindən çox hərbçi təmənnasız mənzil alıb. Bunlar Prezidentin rəhbərliyi ilə orduda həyata keçirilən islahatların istiqamətlərindən biridir və hərbçilərin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən böyük işlərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media