"Prezident bununla əsl xalq lideri, dövlət başçısı nümunəsi göstərir"

"Cənab Prezident hər dəfə belə hallarda zərərçəkənlərin yanında olur və onlarla söhbət edir, problemlərinin həlli üçün göstərişlər verir”.
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı-ekspert bildirib ki, dövlət başçısının bu addımları məmurlara nümunə olmalıdır: 
"Bununla əsl xalq lideri, dövlət başçısı nümunəsi göstərir. Lakin təəssüf ki, bu cür nümunəvi və humanist addımlardan bəzi məmurlar heç bir nəticə çıxarmır. Ancaq belələri ya vəzifəsindən azad olunur, ya da xəbərdarlıq alırlar. Prezident həmişə deyir ki, dövlət məmuru xalqın xidmətçisi olmalı və onun kimi işləməlidir. Bu təfəkkürə yiyələnə bilməyən şəxslərin dövlət vəzifələrində işləməsi məqbul deyil. Yaxşı olar ki, özləri istefa versinlər və başqa işlərlə məşğul olsunlar”.
İsmayıl