Prezident: Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir
14:22 05.04.2019
Arxiv
427
Cənub Qaz Dəhlizi layihəsinin gətirəcəyi gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcək.
Trend-in məlumatına görə, bunu Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.
Prezident bildirib ki, Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir:
"Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir. Beləliklə, bu gün açdığımız bu gözəl qəsəbə həm bizim siyasətimizi, məcburi köçkünlərə qayğımızı, həm də ölkəmizin artan imkanlarını göstərir".
İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycanda hər sahədə çox böyük quruculuq işləri aparılır - iqtisadi sahədə, sosial sahədə:
"Xəstəxanalar, məktəblər tikilir, yeni sosial obyektlər istifadəyə verilir, yollar salınır, köçkünlər üçün belə gözəl şərait yaradılır. Quruculuq, abadlıq, inkişaf bu gün Azərbaycanı fərqləndirən amillərdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual