Prezident Elçin Quliyevi təltif etdi - SƏRƏNCAM




Prezident İlham Əliyev Elçin Quliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Sherg.az"ın AzərTAC-a istinadən məlumatına görə, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin İsağa oğlu Quliyev «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.