Prezident Gəncədə...




Prezident İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gedib. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, əvvəlcə dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Gəncənin Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.